!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı "qanuni oğru"lar Bakıya buraxılmadı - Aeroportdan geri göndərildilər

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, azərbaycanlı “qanuni oğru”lar – “Dato Ağcabdinski” və “İlqar Dmansisski” ləqəbi ilə tanınan İlqar Əliyev Ukraynadan deportasiya edilib.

Kiyev polisi “Dato Ağcabədinski”ni paytaxtın Revusko küçəsində, İstanbuldan gələn “İlqar Dmanisski” ləqəbi ilə tanınan İlqar Əliyevi isə Borispol hava limanında saxlayaraq geri göndərib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Rusiyada 4 il həbs həyatı yaşayan İlqar İbrahim oğu Əliyev 2018-ci ilin martın 30-da azadlığa çıxıb. Lakin o, Rusiya pasportu (İnquşetiya Respublikasının vətəndaşı hesab olunur) daşımasına baxmayaraq, sözügedən ölkədə “arzuolunmaz şəxs” elan edilib. Bu səbəbdən ömürlük Rusiya ərazisinə girişi qadağan edilən “İlqar Bakinski” Azərbaycana deportasiya olunub.

Ancaq maraqlıdır ki, “qanuni oğru”nun Azərbaycana girişinə də icazə verilməyib. Belə ki, hüquq-mühafizə orqanları hava limanındaca onun Bakıya girişinə icazə verilmədiyini bildiriblər. Nəticədə “İlqar Dmanisski” Gürcüstana, daha sonra Türkiyəyə, ardınca isə “taclandırıldığı” Yunanıstana üz tutub.

Bundan başqa “Dato Ağcabədinski”nin də eyni aqibətlə üzləşib.

“İlqar Dmanisski”

 

“Dato Ağcabədinski”

www.yenicag.az

3666
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv