Azərbaycanlı qızın qayadan yıxılaraq öldüyü anın – ŞOK VİDEOSU

Türkiyənin Muğla rayonunun Fəthiyə qəsəbəsində azərbaycanlı turist Məryəm Ömərovanın başına bədbəxt hadisə gəlib.

Yenicag.az xəbər verir ki, qayalıqlara dırmaşan Məryəm müvazinətini itirib və nəticədə şəlalənin töküldüyü yerə düşərək ölüb.

Türk telekanallarının məlumatına görə, Məryəm iyulun 6-da bir qrup dostu ilə Kabak körfəzinə turist düşərgəsi qurmağa gedibmiş. Ötən gün axşam saatlarında isə o, körfəzin yaxınlığındakı Aladərə şəlaləsinə çıxıb və qayalıqlara dırmaşıb. Mənzərəni seyr edərkən bir anda müvazinətini itirib və 15 metr yüksəklikdən şəlalənin töküldüyü yerə düşüb. Bu zaman həmin ərazidə qayalara dırmaşan başqa bir turist gənc qadının yıxıldığını görüb, təcili tibbi yardıma zəng edib.

Xilasedicilər və həkim briqadası qayalıq ərazidə 1,5 km məsafə qət edərək şəlaləyə çatıb və M. Ömərovanın cansız bədəni sudan çıxarılıb.

COP29