!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı rejissordan seriallarla bağlı ŞOK PROQNOZ: "Telekanallar vaz keçəcək"

!Reklam – Yazi

“Teleməkanda əcnəbi serialların nümayiş olunması az da olsa, yerli serialların istehsalına təsirini göstərəcək. Bu yüzdə-yüz qaçılmaz olacaq. Bəziləri deyir ki, rəqabət mühitinin formalaşması üçün bunun müsbət təsiri olacaq. Mən belə düşünmürəm”.

Bunu Yenicag.az-a açıqlamasında rejissor Rüfət Şahbazov yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması, daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə sentyabrın 1-dən teleməkanda əcnəbi serialların nümayişinə münasibət bildirərkən deyib.

Rejissor rəqabət mühitinin formalaşmasında əcnəbi serialların yayımının heç bir nəticə verməyəcəyini bildirib:

“Həftədə bir dəfə xarici serial əvəzinə yerli serial nümayiş oluna bilər. Bu, ən azı bir yerli serialın ixtisar olunması deməkdir. Bəziləri hesab edir ki, rəqabət, keyfiyyətə yol aça bilər. Elə düşünmürəm. Çünki hamının evində internet, xarici kanalları izləmək imkanı var. Əcnəbi serialları da elə əcnəbi kanallardan izləyirlər. “Ata ocağı” serialında yerli xarakterləri görən tamaşaçı əcnəbi obrazlara günlərlə baxıb, aludə ola bilməz.

Köhnə zamanlarda olan psixologiya indi yoxdur. Hesab edirəm ki, əcnəbi seriallar bir mövsüm nümayiş olunacaq, növbəti mövsümdə telekanallar bundan vaz keçəcək. Çünki xarici seriallar reytinq yığa bilməyəcək və nəticədə yerli serialların istehsalına başlanacaq”.

Cəvahir

www.yenicag.az

4554
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv