Rejissor Nail Naiboğlunun ailəsinə ağır itki üz verib; onun həyat yoldaşı dünyasını dəyişib.
Yenicag.az-a açıqlama verən rejissor dərdini bizimlə bölüşdü.
“Gülərsiz necə yaşayacam, bilmirəm? Elə bil dünya dağılıb altında qalmışam. Hər şey qəfildən oldu. Heç bir xəstəliyi yox idi. Axşam oturduğu yerdə canını tapşırdı. Hələ də şokdayam.”
Qeyd edək ki, N. Naiboğlunun iki övladı var.