Azərbaycanlı Rusiyada taksi sürücüsünü qətlə yetirdi

1410326222__cenubnews_bicaqlanma-2Rusiyanın Volqoqrad şəhərində azərbaycanlı qətl hadisəsi törədib.

Şəhərdə yeni ailə quran cütlüyün yaxın dostları “Frant El” kafesində nikahı qeyd ediblər. Spirtli içki qəbul etmiş bəy və dostları gecə saat 03 radələrində evə getmək üçün taksi çağırıblar. Onları çağırdıqları taksinin sürücüsü Vəliyev soyadlı azərbaycanlı olub. Taksiyə 7 sərxoş kişi əyləşmək istəyib. Azərbaycanlı taksi sürücüsü buna etiraz edib. Bu isə qarşı tərəfin kəskin etirazına səbəb olub. Onlar arasında mübahisə yaranıb. Bu zaman bəy üzərində gəzdirdiyi travmatik silahı çıxararaq taksi sürücüsünə hədə-qorxu gəlməyə başlayıb. Sürücü qardaşını köməyə çağırıb. Onun hadisə yerinə gələn qardaşı həmin şəxslərə odlu silahla atəş açıb.

“Bloknot.ru” saytının verdiyi xəbərə görə, hadisə nəticəsində bəyin yaxın dostu, 21 yaşlı Yan Klyuşin ölüb, 5 nəfər, o cümlədən 22 yaşlı Armen Yegiazaryan və 24 yaşlı Vlad Cercixanyan adlı ermənilər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda Vəliyev qardaşları polisdə dindirilir. Faktla bağlı araşdırma aparılır.(APA)