Azərbaycanlı şagirdlər Botsvanada 5 medal qazandılar – FOTO 

Dekabrın 10-da Botsvanada təşkil olunan Yeniyetmələrin 15-ci Beynəlxalq Elm Olimpiadasında (İJSO-2018) Azərbaycanı təmsil edən şagirdlər uğur əldə ediblər.

Yenicag.az xəbər verir ki, şagirdlərimiz 5 medal qazanıblar.

Qeyd edək ki, Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 16-dan çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil olunan elm yarışıdır. 2004-cü ildən etibarən Azərbaycan məktəbliləri bu olimpiadada iştirak edib, 4 gümüş, 33 bürünc olmaqla 37 medal qazanıblar./Sfera.az/