Azərbaycanlı şair xəstəxanaya yerləşdirildi – Mədə qanaxması diaqnozu ilə

Tanınmış şair Aqşin Yenisey xəstəxanaya yerləşdirilib.

Yenicag.az kulis.az-a istinadən bildirir ki, bu barədə şairin yaxınları məlumat verib. O, mədə qanaxması diaqnozu ilə həkim nəzarətinə alınıb.

Daha sonra isə A.Yenisey özü bu barədə qeyd edib:

“Endoskopiya müayinəsindən üzüağ çıxdıq, dostları narahat etdiyim üçün üzr istəyirəm! Yaşamağa davam!”

COP29