Azərbaycanlı səfirin saatı oğurlandı – Belarusda

Belarus Respublikasının Minsk Milli Aeroportunda Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun saatı oğurlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Belarus Respublikasının Daxili İşlər Nazirliyi yayıb. Qeyd olunub ki, hadisə martın 17-si axşam saatlarında baş verib. Belə ki, Azərbaycanın Qazaxıstandakı səfiri biznes-zalda olarkən saatını unudub:

“Bunu görən 37 yaşlı Ukrayna vətəndaşı saatı götürüb. Saatın itməsi barədə ərizə daxil olduqdan sonra Cinayət-Axtarış Şöbəsinin əməkdaşları bir neçə saat ərzində şübhəli şəxsin kimliyini müəyyənləşdirib və oğurlanmış saatı geri qaytarıb. Faktla bağlı Belarus Respublikasının CM-nin 205-ci maddəsinin 1-ci bəndi üzrə (oğurluq) cinayət işi qaldırılıb”.

Hadisədən sonra Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bu ölkənin Daxili İşlər naziri İqor Şuneviçə təşəkkür məktubu göndərib./Report/

COP29