Azərbaycanlı tələbə dünyanın ən məşhur marketinq konfransında çıxış etdi – FOTOLAR

27 may – 1 iyun tarixlərində Şotlandiyanın Qlazqo şəhərində keçirilən dünyanın ən məşhur marketinq konfranslarından biri olan EMAC-ın 47-ci toplantısında (Doctoral Colloquium) azərbaycanlı tələbə Sevinc Ömərli də çıxış edib.

Yenicag.az xəbər verir ki,  universitetin müəllimlərinin belə dəvət almadığı bu konfransda azərbaycanlı tələbə “Şirkətlərin dinamik qiymət strategiyaları və bunun isthelakçıların davranışlarına təsiri” mövzusunda çıxış edib. Konfransda münsiflər heyəti qismində ABŞ-ın Georgiya Texnologiya İnstitutunun professoru Ajay Kohli, ABŞ-ın Texas Universitetinin professoru Raji Srinivasan və Almaniyanın ESCP Avropa Universitetinin professoru Maykl Haenleyn iştirak ediblər. Sevinc Ömərli bu heyətin qarşısında üç pilot tədqiqatla çıxış edib və bu araşdırması çox bəyənilib. Linklər:

http://www.emac-2018.org/UserFiles/DC%20programme.pdf
http://www.emac-2018.org/UserFiles/EMAC%20Web.pdf

Qeyd edək ki, Sevinc Ömərli bakalavr təhsilini ADİU-nin Türk Dünyası İşlətmə fakültəsində alıb. Daha sonra Türkiyənin Qazi Universitetinin MBA fakültəsində tam təqaüdlü magistatura təhsili almaq hüququ qazanan azərbacanlı gənc universitet illərində Türkiyənin Avropa Birliyi Nazirliyində, G20 Zirvəsində və Birləşmiş Millətlər Təşkilatında (BMT) COP12 konfransında qrup lideri olaraq çalışıb. 2014-cü ildə universitetin “Erasmus” proqramına qəbul alaraq İngiltərənin Mançester şəhərində “Eurosolar” şirkətində 4 aylıq təqaüdlü praktika keçmək hüququ əldə edib. Savadı və istedadı ilə fərqlənən Sevinc magistaturanı bitirdikdən sonra Budapeşt Korvinus Universiteti, Marketinq departamentində tam təqaüdlə (Stipendium Hungaricum) dokturantura təhsilini qazanıb. 2018-ci ilin yanvarından dünyanın ən prestijli şirkətlərindən olan IBM-də Biznes Analitik vəzifəsində də işləyir.
Hazırda təhsili ilə yanaşı eyni zamanda tədqiqat aparan gənc İBMer, konfranslarda da iştirak edir.
Görüntünün olası içeriği: 5 kişi, gülümseyen insanlar, oturan insanlar2017-ci ilin yanvar ayında Beynəlxalq Araşdırma İnstitunun (International Research Institute) Bratislavada keçirdiyi konfransda “İdarəçilərin qərar vermə prosesləri” ilə bağlı məqaləsini təqdim edib. Sentyabr ayında isə Marketinq Trend Assosiasiyasının Londonda keçirdiyi konfransda elektronik ticarətlə bağlı yazdığı məqalə ilə çıxış edir və hər iki məqaləsi yayımlanır. Bundan başqa hazırda bir çox elmi fəaliyyətlə məşğul olan Sevincin qiymət strategiyaları ilə bağlı kitabının yeni tədris ilindən etibarən Budapeşt Korvinus Universitetində tədris olunacağı gözlənilir. Bu günə qədər qatıldığı bütün konfransların xərcləri Budapeşt Korvinus Universiteti tərəfindən ödənilib.

Bu gün dünyanın nüfuzlu ali məktəblərində təhsil alan tələblələrimizin sayı kifayət qədərdir. İstər texniki, istərsə də humanitar sahədə təhsil alan gənclərimizin vətəndən kənarda ölkəmizi layiqincə təmsil etməsi qürurvericidir. Uğurlarınız bol və davamlı olsun!

Brilyant Rəsulova

COP29