Azərbaycanlı tələbə Polşada öldü

Azərbaycanlı tələbə Polşada vəfat edib.

Yenicag.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, Polşa universitetlərindən birində təhsil alan Pərviz Dadaşov ağır xəstəlikdən həyatını itirib.

Bildirilib ki, o, bir müddətdir hospitalda müalicə alırmış. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.