!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı tələbələr zəlzələ zonasından Naxçıvana təxliyə edildi - YENİLƏNİB

!Reklam – Yazi

Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələr iki avtobusla Naxçıvana yola düşüb.

Yenicag.az APA-ya istinadənxəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin ikinci katibi Mürşüd Məmmədovun verdiyi məlumat verib. Elazığdan çıxan birinci avtobus yerli vaxtla saat 17:00-da Naxçıvan sərhədi istiqamətində yola çıxıb, avtobusda 41 tələbə olub: “İkinci avtobus Malatyadan 30 tələbəni götürüb Elazığa start alıb, orada 10-dək tələbəmizi də götürüb sərhədə doğru yola çıxacaq”.

Elazığ Fırat Universitetindən APA-ya verilən xəbərə görə, universitetdə 232 Azərbaycan vətəndaşı olan tələbə təhsil alır. Malatyadakı İnönü Universitetində isə təhsil alan azərbaycanlı tələbələrin sayı 100-dən çoxdur.

M.Məmmədov bildirib ki, hazırda tələbələr tətildə olduqlarına görə, əksəriyyəti vətənə gedib: “Amma qaynar xəttimiz fəaliyyətdədir. Zəlzələ ərazisində yaşayan tələbələrimizlə yanaşı, digər Azərbaycan vətəndaşları olan şəxslər təxliyyə üçün müraciət edə bilərlər”.

Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib.

***

19:33

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyəsinə başlanılıb”.

Yenicag.az xəbər verir ki, bunu APA-ya Azərbaycanın Türkiyədəki səfirliyinin ikinci katibi Mürşüd Məmmədov deyib.

Onun sözlərinə görə, Elazığ və Malatyada təhsil alan Azərbaycan vətəndaşları olan tələbələr məlumatlandırılıb və onların təxliyəsi üçün avtobuslar ayrılıb.

M. Məmmədov bildirib ki, yalnız tələbələr deyil, zəlzələ ərazisində yaşayan digər Azərbaycan vətəndaşları da bu avtobusların xidmətindən istifadə edə biləcək: “Hazırda bir avtobus Elazığa yaxınlaşmaqdadır. Tələbələr Malatya və Elazığdan Naxçıvana aparılacaq. Sənədləri qaydasında olmayan vətəndaşlarımıza Qars Baş Konsulluğu tərəfindən yardım göstəriləcək”.
M. Məmmədov vurğulayıb ki, tələbələr arasında zəlzələdən zərərçəkən olmayıb və tələbələrin geri qayıtması Türkiyə dövlətinin müvafiq məlumatından sonra mümkün olacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqda tapşırıq verib.

Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.

Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.

www.yenicag.az

1635
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv