!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı tələbəni iranlılar öldürüb

!Reklam – Yazi

imagesAzərbaycanlı tələbə Məhəmməd Səfərəliyevin Krımın Simferopol şəhərində öldürülməsi ilə bağlı yeni məlumatlar üzə çıxıb.

M. Səfərəliyevin qardaşı Ramin Səfərəliyev bildirib ki, hadisə sentyabrın 26-ı axşam Simferopolda baş verib. Simferopoldakı ali məktəblərdən birinin yuxarı kurs tələbəsi olan M. Səfərəliyevin iranlılar tərəfindən öldürüldüyü bildirilir. M. Səfərəliyevə arxadan çoxlu bıçaq zərbəsi vurulub, o, aldığı zərbələrdən dünyasını dəyişib.

Qətlin səbəbi hələlik məlum deyil. M. Səfərəliyevin meyitinin sabah Azərbaycana gətirilməsi nəzərdə tutulur. Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən münasibət öyrənmək mümkün olmayıb.(APA)

www.yenicag.az

758
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv