Azərbaycanlı televiziya əməkdaşı təyyarə qəzasında öldü – FOTO

Rusiyanın Sankt-Peterburq şəhərində bədbəxt hadisə nəticəsində 40 yaşlı Azərbaycan vətəndaşı dünyasını dəyişib.

Yenicag.az xəbər ki, əvvəllər regional kanallarda müxtəlif vəzifələrdə çalışan Müşfiq İbrahimov Sankt-Peterburq şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.

Rusiya mətbuatının yazdığının görə, qəza zamanı iki nəfər dünyasını dəyişib.

M.İbrahimov əslən Quba rayonundandır, ailəlidir 3 övladı var./Apa/

COP29