Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycanlı UAZ-a direktor təyin edildi

Rusiyada fəaliyyət göstərən “Ford Sollers” şirkətinin rəhbəri Adil Şirinov Ulyanovsk Avtomobil Zavodunun (UAZ) baş direktoru təyin olunub.

Yenicag.az xəbər verir ki, Adil Şirinov bu vəzifədə Vadim Şvetsovu əvəz edəcək. “Sollers” şirkətinin nümayəndəsi A.Şirinovun “Ford Sollers” BM-nin də rəhbərliyində qalacağını bildirib.

“Adil Şirinovun bu vəzifədə əsas vəzifəsi UAZ-ın təsdiqlənmiş məhsul strategiyasını reallaşdırmaq, brendin bazardakı payını yüksəltmək və komponent bazasının lokallaşdırılması, ümumi təchizatçı panelinin yaradılması, eləcə də satış sahəsində sinerji və diler şəbəkəsini qurmaq üçün yenilənmiş “Ford Sollers”lə birgə proqramların inkişafı olacaq. A.Şirinov Rusiya avtomobil sektorunda ən səriştəli mütəxəssislərdən biridir. Zəngin əməli təcrübəsi, peşəkar səriştəsi sayəsində Ulianovsk Avtomobil Zavodundakı biznes fəaliyyətinin yüksək keyfiyyət standartlarının və səmərəsinin artacağına şübhə etmirəm”, – Şvetsov bildirib.

www.yenicag.az

2409