Azərbaycanlı “Vandam”la əməkdar artistin rəqsinə – MTRŞ-dan REAKSİYA/VİDEO

Zaqatalanın Çobankol kəndindən olan Azərbaycanlı “Vandam” kimi məşhurlaşan Ruslan İsmayılov ARB TV-nin efirində qonaq olub. Onun əməkdar artist Mehriban Xanlarovanın aparıcısı olduğu verilişdə rəqs etməsi, eyni zamanda aktrisanın idman fəndləri etməsi iradlara səbəb olub.

Sosial şəbəkələrdə aparıcının bu hərəkəti kəskin tənqid olunub.

MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Yenicag.az-a açıqlamasında məsələyə münasibət bildirib:

“Sadəcə olaraq, sosial şəbəkələrdə bu məqam tənqid olunub, mənfi hal kimi qarşılanıb. Verilişdə qanun pozuntusuna yol verilməyib. Bununla belə, izləyiciləri qıcıqlandırmamaq üçün aparıcı məsuliyyət daşıyır. Onlar verilişə dəvət etdiyi qonağa qabaqcadan xəbərdarlıq etməlidir ki, bu cür hallar yaşanmasın”.

Cəvahir

COP29