Xankəndidə azərbaycanlı və erməni tanışlar 40 ildən sonra təsadüfən görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə “İTV” görüntü paylaşıb.
Bildirilib ki, Zakir Həsənov aptekdə əczaçı işləyərkən Mişa Qriqoryan tez-tez ondan dərman alıb. Sonra ermənilərin təcavüzü nəticəsində Xankəndinin azərbaycanlı sakinləri yurdlarından uzaq düşüblər.
İllər sonra Xankəndiyə qovuşan azərbaycanlılar öz evlərini, iş yerlərini axtarırlar. Bu səfərlər zamanı həm də erməni tanışlarla təsadüfi görüş yaşanır.