Azərbaycanlı və türkiyəli akademiklər arasında ünsiyyət körpüsü – FOTOLAR

Bu gün Bakıda “XX əsrin əvvəllərindən bugünə Azərbaycan-Türkiyə Ədəbiyyat və Maarif Münasibətləri” adlı panel təşkil olunub.

Yenicag.az xəbər verir ki, 28 May 2018-ci il tarixinin Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ərəfəsində Bakı Yunus Emre İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası və Xaricdə Yaşayan Türklər və Qohum Birlikləri Başqanlığının birgə təşəbbüsü ilə “XX əsrin əvvəllərindən bugünə Azərbaycan-Türkiyə Ədəbiyyat və Maarif Münasibətləri” adlı panel təşkil olunub. Panel AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elektron akt zalında baş tutub.

Paneldə qeyd olunub ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin elanında, xüsusilə, Türkiyədə təhsil almış, türk fikir və mədəniyyətini mənimsəmiş ədəbiyyatçı və maarifçi şəxslərin davam etdirdiyi ədəbiyyat və fikir hərəkətlərinin əhəmiyyətli rolu vurğulanıb.

Qeyd edək ki, panelin təşkil olunmasında əsas məqsəd ədəbiyyatçıların mübarizəsini yenidən gündəmə gətirmək, Türkiyədən Azərbaycana gələn akademiklərlə Azərbaycandakı akademiklər arasında möhkəm əlaqələrin qurulması üçün ədəbi mühit yaratmaqdır.

COP29