Azərbaycanlı xilasedicilərin bir hissəsi Türkiyədən Azərbaycana qayıdır

Türkiyənin zəlzələ baş verən bölgəsində axtarış-xilasetmə işlərinə cəlb edilən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin bir qrupu Azərbaycana qayıdır.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, azərbaycanlı xilasedicilərin yaxın saatlarda Adana hava limanından Azərbaycana yola düşməsi gözlənilir.