Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanlı yazıçıya İsveçdə vəzifə verildi

Yazıçı və jurnalist Elçin Aslangil 1997-ci ildən İsveçdə fəaliyyət göstərən Azərbaycan-İsveç Federasiyasının mətbuat xidmətinin rəhbəri təyin edilib.

Yenicag.az xəbər verir ki, hazırda təşkilatın rəhbəri güney azərbaycanlı Azər xanım Fərruxidir. Azərbaycan İsveç Federasiyası İsveçdə yaşayan azərbaycanlılar tərəfindən yaradılan 31 təşkilatı özündə birləşdirir. AFİ öz demokratik əsasnaməsinə uyğun şəkildə hər il yeni başkan seçir. Federasiya azərbaycanlıların xaricdə fəaliyyət göstərən ən böyük təşkilatlarından biridir.

Xatırladaq ki, İsveçdə 30 mindən çox azərbaycanlı yaşayır. Federasiya o taylı bu taylı azərbaycanlıları özündə birləşdirən təşkilatdır. Təşkilatda Arif Rəhimoğlu, Eldar Qaradağlı, Teymur Eminbəyli kimi tanınmış alimlər və diaspora fəalları fəaliyyət göstərir. AFİ Stokolm Yotobore şəhərlərində yerləşən Azərbaycan evləri ilə sıx əməkdaşlıq edir.

www.yenicag.az

205
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100