Azərbaycanlı zəvvarların ilk qrupu vətənə döndü

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gün Vətənə dönüb.

Yenicag.az xəbər verir ki, 360 zəvvarı gətirən iki təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Zəvvarların qayıdışı iyulun 11-dək davam edəcək.

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1 440 zəvvar gedib.

Bu il bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edib.

 

COP29