Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanlılar arasında qanlı mübahisə: Çürük kartofa görə güllələndi

Rusiyadakı soydaşlarımız arasında düşən daha bir mübahisə qanla nəticələnib.

Yenicag.az Rusiya mediasında istinadən xəbər verir ki, mübahisəyə Moskva vilayətindəki Rəsul və Aqil adlı iki azərbaycanlının öz həmyerlilərindən 300 min rubl ödəyərək aldığı 15 ton kartofun çürük çıxması səbəb olub.

Məlumata görə, aldıqları kartofun yararsız olduğunu görən alıcılar çürük məhsulu geri qaytararaq, pullarını geri tələb ediblər.

Satıcılar isə məsələni aydınlaşdırmaq üçün aprelin 14-ü gecəyarısı İzmaylov şossesində alıcılarla görüş təyin ediblər. Söhbət zamanı yaranan mübahisədə satıcılar Rəsul və Aqilə atəş açaraq, birincini qarnından, ikincini isə başından yaralayıblar.

Yaralıları xəstəxanaya apararkən, Rəsul qanaxmadan dünyasını dəyişib, Aqil isə reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda təhqiqat aparılır.

Loading...

www.yenicag.az

5893
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100