Azərbaycanlılar Berlində etiraz aksiyası keçirtdi – Fotolar

Berlin Azərbaycan Evinin təşkilatçılığı ilə Berlin şəhərinin Branderburq qapıları meydanında Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonun Alxanlı kəndində törətdiyi hərbi təxribatla əlaqədar piket keçirib.

Aksiyada Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün beynəlxalq ictimaiyyətdən qəti addımlar atmağı tələb edilib. Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsinin insanlıq əleyhinə cinayət olduğunu vurğulayan soydaşlarımız Ermənistana qarşı sərt sanksiyalar tətbiq edilməsinin zəruriliyini vurğulayıblar.

Aksiya iştirakçıları dünya azərbaycanlılarının torpaqların işğaldan azad olunması üçün Azərbaycan dövlətinin atdığı bütün addımları dəstəklədiyini ifadə ediblər. Qeyd olunub ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması regionda davamlı sülhün və sabitliyin təmin olunmasının yeganə yoludur.

Piketin sonunda iştirakçılar adından dünya ictimaiyyətinə ünvanlanmış müraciət qəbul olunub.

Yenicag.az

COP29