“Azərbaycanlılar erməni tarixinin adının dəyişdirilməsinə səs verə bilər” – Danielyan

Azərbaycan və Türkiyə vətəndaşlığı olan şəxslər də erməni tarixinin adının dəyişdirilməsində sərbəst şəkildə səs verə bilər”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın ədliyyə nazirinin keçmiş müavini Gevorq Danielyan yazıb.

“Elektron ictimai şərh proseduru E-DRAFT köklü şəkildə yenidən işlənib hazırlanmalıdır. O, artıq absurd platformaya çevrilib.

Burada Azərbaycan və Türkiyə vətəndaşlığı olan şəxslər də daxil olmaqla, hər kəsin sərbəst şəkildə iştirakına icazə verilir ki, bu, “Erməni tarixi” kursunun adının “Ermənistan tarixi” adı ilə əvəz edilməsi layihəsində xüsusilə aydın şəkildə təsdiqlənib.

Bu zaman eyni şəxs real statistikanı saxtalaşdıraraq müxtəlif e-poçt ünvanlarından qeydiyyatdan keçib səs verə bilər.
Hökumətin xarici vətəndaşların istəkləri ilə hər hansı bir şəkildə məhdudlaşdırılması qəbuledilməzdir”, – Danielyan bildirib.

Xuraman Etibarlı

COP29