Azərbaycanlılar Rusiyada ağır yol qəzasına düşüb: 2 ölü-FOTO

12079635_1212499872113012_8733800679833329481_nİki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Vəfat edənlər Rəşad Hüseynov və onun 26 yaşlı qızı Sevinc Hüseynovadır. Maşında olan digər sərnişin Günay Şirəliyevanın isə boynu sınıb, o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Mərhum Rəşad Hüseynov Rusiyada sürücü kimi fəaliyyət göstərirmiş.

Qeyd edək ki, sərnişin G. Şirəliyevanın bacısı da bir neçə il əvvəl eyni yolda qəzada düşüb(Qafqazinfo)