Azərbaycanlılar Rusiyada qəzaya düşdü – 1 ölü, 3 yaralı

Rusiyada qəzaya düşən azərbaycanlılardan biri ölüb.

Yeniçağ.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Xəlilov Ramin bu gün dünyasını dəyişib.

O, Əbilov Bəxtiyar, Xəlilov Zamiq və Salayev Maislə bərabər martın 11-i qəzaya düşmüşdü.

Sözügedən 3 həmyerlimiz hazırda reanimasiyadadır.

Qeyd edək ki, ölən və xəsarət alanların hamısı Lənkəranın Türkəkəran kəndindəndir.

Yeniçağ.az