Azərbaycanlılar Rusiyada qəzaya düşdü – Ölənlər və yaralananlar var – VİDEO

İyulun 29-da Rusiya Federasiyası Rostov vilayətində Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobusun yük maşını ilə toqquşub.

Yenicag.az xəbər verir ki, Moskvadan Azərbaycana gedən və içərisində 13 nəfər Azərbaycan vətəndaşının olduğu 20-EB-289 nömrə nişanlı “Volkswagen Crafter” mikroavtobusu eyni istiqamətdə hərəkətdə olan “Man” tırı ilə toqquşub.

Nəticədə mikroavtobusun sürücüsü və bir sərnişin həlak olub, 9 nəfər xəsarət alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Hadisəyə yüksək sürətin və düzgün ara məsafəsinin saxlanılmamasının səbəb olduğu ehtimal edilir.