Reklam

Reklam

128759_res_01Rusiyanın Ədliyyə Nazirliyi dörd Azərbaycan vətəndaşının ətrafdakılar üçün təhlükəli olmalarını nəzərə alaraq deportasiya edilmələrinə dair qərar qəbul edib.

Oxu.az bildirir ki, “MediaKuzbass”a bu barədə Federal Miqrasiya Xidmətinin Kemerovo vilayəti üzrə İdarəsinin nümayəndəsi Yevgeni Nevzorov məlumat verib.

Məlumata görə, deportasiya edilənlərin sırasında Belov kaloniyasında narkotiklərin qanunsuz dövriyyəsinə görə 8,5 il həbsdə olan 35 yaşlı xarici vətəndaş da var.

Onunla bərabər Rusiyanı və Kemerovo vilayətini narkotik satışı ilə məşğul olan iki nəfər və oğurluq üstündə mühakimə edilmiş yerlisi də tərk edib.

“Bu şəxslərin ətrafdakılar üçün xüsusi təhlükəli olmasını nəzərə alaraq onlarla bağlı Rusiya Ədliyyə Nazirliyi tərəfindən həmin şəxslərin 6-8 il və daha çox müddətə Rusiya ərazisində yerləşmələrinin arzuolunmaz olmasına dair qərar qəbul edilib”, – saytın həmsöhbəti bildirib.

Yaxın günlərdə daha iki xarici vətəndaş da deportasiya ediləcək.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 60
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."