Azərbaycanlılar və gürcüstanlılar arasında silahlı atışma: Yaralananlar var – ANBAAN VİDEO

Türkiyənin İstanbul şəhərində silahlı atışma baş verib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, kafedə yaşanan mübahisədə silahlar işə salınıb.

Nəticədə 6 nəfər yaralanıb. Məlumata görə, azərbaycanlı və gürcüstanlı qruplar arasında yaşanan olaydan sonra ikinci qrup hadisə yerindən uzaqlaşıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Silahlı atışma anları isə təhlükəsizlik kameralarına yansıyıb.