!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanlılara "azəri" deyə müraciət edilməsi doğru deyil" - İlber Ortaylı

!Reklam – Yazi

“Azərbaycanlılara “azəri” deyə müraciət edilməsi doğru deyil. “Azəri” ifadəsi Türkiyədə məlumatsızlıqdan istifadə edilən, sonradan ortaya atılmış bir kəlmədir. Buranın xalqı türkdür”

Yenicag.az xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində “Qafqaz tarixi” mövzusunda mühazirə oxuyan tarixçi-yazar İlber Ortaylı deyib.

O, Qafqazın tarixinin çox qədimlərə söykəndiyini, burada müxtəlif millətlərin yaşadığını qeyd edib. Yazılı qaynaqları çox qədim olmasa da, bu ərazinin dillərinin qədim olduğunu bildirib.

Qafqazda yaşanan müxtəlif problemlərdən və münaqişələrdən də bəhs edən Ortaylı, ermənilərin həm Anadolu, həm də bu torpaqlarda fərqli iddialarının olduğunu xatırladıb: “Ermənilər Urartu dövlətinin onların qədim dövləti olduğunu iddia edir. Ermənilər Anadoluya qərbdən, Balkan yarımadasından keçərək gəliblər. Onların Urartuyla heç bir əlaqələri yoxdur. Urartuluların çeçenlərlə bağlılığı olması ehtimalı yüksəkdir. Ancaq onların Qafqazdan Anadoluya və ya Andoludan Qafqaza getdikləri dəqiq məlum deyil. Ermənilər Qafqaza sonradan yerləşən bir millətdi. XVIII əsrə qədər bu regionda ermənilərin sayı olduqca az olub. Qafqazda tərəddüdsüz şəkildə deyə bilərik ki, türklər və türkcənin böyük hegemonluğu olub”- deyə o bildirib.

Türk millətinin yüzillər boyunca Orta Asiyadan Balkanlara qədər çoxlu sayda dövlət qurduğunu xatırladan Ortaylı, “Azərbaycanla Türkiyə bir birinə yaxın iki türk dövlətidi. Heydər Əliyev iki ölkə arasındakı münasibətləri çox gözəl ifadə edib: “Bir millət, iki dövlət”. Biz bir mədəniyyətin parçasıyıq. Bu mədəniyyət rəngarəngdir. Zəngin tarixi keçmişə sahibik. Türklər dövlətsiz yaşaya bilməz, dövlətimizi hər zaman ən ucada tutmalıyıq” – deyə qeyd edib.

www.yenicag.az

4714
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv