!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlıların Çindən təxliyə prosesi başladı

!Reklam – Yazi

Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Azərbaycan vətəndaşlarının təxliyə prosesi başlayıb.

Yenicag.az“Report”a istinadən xəbər verir ki, hazırda yola düşəcək şəxslər avtobuslarla aeroporta göndərilir.

Şəhər hava limanında müayinə edildikdən sonra qızdırma və başqa əlamətlər aşkar edilməsə, onların bu gecə Türkiyə Ordusuna məxsus nəqliyyat təyyarəsinə mindirilərək aparılacağı gözlənilir.

Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Uhandakı Azərbaycan vətəndaşlarını təxliyə edəcəklərini açıqlamışdı.

Qeyd edək ki, Uhan şəhərində 7 nəfər Azərbaycan vətəndaşı yaşayır. Onlar, əsasən, tələbələrdir.

www.yenicag.az

1186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv