Qara dənizdə Panama bayrağı altında metal tullantılar daşıyan teploxod batıb.
Yenicag.az-ın məlumatına görə, gəminin heyət üzvləri xilas edilib.
Qeyd olunur ki, ekipajın səkkiz üzvü xilas edilib, onlar hazırda Novorossiysk limanına hərəkət edən tankerin içindədirlər.
Heyət üzvlərindən ikisi Türkiyə, altısı Azərbaycan vətəndaşıdır. Onlar özünü normal hiss etdikləri bildirilib.