Azərbaycanlıların Rusiyadakı bazarları bağlanır? – Rəhimov

Son günlərdə bəzi KİV-lərdə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana qarşı qisas tədbiri olaraq azərbaycanlılara məxsus bazarların bağlanması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Yenicag.az xəbər verir ki, Azərbaycanlı xeyriyyəçi iş adamı, professor İlham Rəhimov Musavat.com-a açıqlamasında yayılan məlumatların tamamilə əsassız olduğunu və reallıqla uzlaşmadığını bildirib.

“Bu barədə yayılan xəbərlər, o cümlədən Qod Nisanova və mənə məxsus olan logistika və Ticarət Mərkəzlərində hər hansı yoxlamaların aparılması, yaxud qisas tədbirlərinin həyata keçirilməsi kökündən yanlış məlumatlardır. Bunu ya bilməyərəkdən, ya da bilərəkdən yayırlar”.

Qeyd edək ki, son günlərdə bəzi media orqanlarında, o cümlədən də Rusiyanın saytlarında Moskvanın Azərbaycanla münasibətlərdə gərginliyi artırdığı və bu çərçivədə azərbaycanlı iş adamlarına məxsus logistika və Ticarət Mərkəzlərinin fəaliyyətinə maneələr yaratdığı ilə bağlı məlumatlar yayılmışdı. Lakin professor İlham Rəhimovun açıqlaması bu iddiaların həqiqətə uyğun olmadığını ortaya çıxartdı.