!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycansayağı “isitmə sistemi”: Yeni Yasamalda bir binanın yarısında istilik var, yarısında yox

!Reklam – Yazi

“Azəristiliktəchizat”ın “analoqsuz fəaliyyəti” nəticəsində Yeni Yasamal sakinləri qışı öz mənzillərində “yaşamaq” məcburiyyətində qalıblar.

Yenicag.az xəbər verir ki, Yeni Yasamal massivi Dadaş Bünyadzadə, 31 ünvanında yerləşən (Şəhidlər binası) yaşayış binasının yarısında hələ də istilik yoxdur.

Bu barədə saytımıza jurnalist Həsən Babayev məlumat verib. Onun sözlərinə görə, sakinlər ərazi üzrə aidiyyatı şəxsə müraciət etsələr də, problemlə maraqlanan yoxdur:

“Xaricdə olduğumdan, “Azəristiliktəchizat”ın müştəri xidmətlərinə e-mail vasitəsi ilə müraciət etmişəm. Qurumun rəsmi saytında müraciətlərə gün ərzində cavab verildiyi bildirilsə də, göndərdiyim sorğu ilə nə maraqlanan var, nə də cavab verən.

“Azəristiliktəchizat”ın İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi isə telefonu açmır. Bundan ötrü də vətəndaşlar dövlət başçısı cənab İlham Əliyevə üz tutmalıdırlar? O zaman qurum rəhbəri Yaşar Həsənovun işinin adı nədir? Niyə qış mövsümü başlamamışdan istilik veriləcək ərazilərin monitorinqi aparılmır? Və ya istilik veriləndən sonra əraziyə cavabdeh şəxslərə göstəriş verilmir ki, binalardakı vəziyyətlə maraqlansınlar?

Yaşlı insanlar, körpələr, xəstə vətəndaşlar məmur məsuliyyətsizliyi ucbatından əziyyət çəkirlər. Ölkə rəhbəri bütün çıxışlarında məmurlara dəfələrlə xatırladır, göstəriş verir ki, xalqa xidmət etsinlər, onların problemləri ilə maraqlanıb tədbir görsünlər. Təəssüflər olsun ki, bəziləri buna məsuliyyətsiz yanaşır.

Buradan Yasamal rayonunun yeni icra başçısına və millət vəkilinə müraciət edirəm, Yeni Yasamal massivi Dadaş Bünyatyazadə, 31 ünvanındakı bina sakinlərinin yuxarıda qeyd etdiyim problemi ilə maraqlanıb, aradan qaldırılmasına yardımçı olsunlar”.

Yazı dərc edildiyi ana qədər problemin hələ də öz həllini tapmadığını dəqiqləşdirdik. “Azəristiliktəchizat”ın mətbuat xidmətinə etdiyimiz davamlı zənglərə isə yenə də cavab verən tapılmadı.

Səxavət Məmməd

www.yenicag.az

2064
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv