“Azercell” çökdü: Abunəçilərdə şəbəkə yoxa çıxdı

Artıq bir neçə saatdır ki, “Azercell” mobil operatorunun fəaliyyətində ciddi problemlər yaranıb.

Yenicag.az xəbər verir ki, mobil telefonlarda “Azercell” şəbəkəsi yoxa çıxıb, istifadəçilər nə zəng edə bilirlər, nə də onlara zəng çatır.

Məsələ ilə bağlı mobil operatordan açıqlama verilməyib.