Fəaliyyətində müştəri məmnuniyyətinə böyük önəm verən və abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərən Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell Telekom “ MMC diler və xidmət şəbəkəsinidaim təkmilləşdirir və inkişaf etdirir.
Göstərilən xidmət növündən asılı olmayaraq istifadəçilərin məmnunluğu və şirkətin məhsullarına qarşı loyallığı istehlakçılarla münasibətlərin daha dayanıqlı modelinin qurulmasında müstəsna əhəmiyyət daşıyır. Məhz bu səbəbdən Azercell şirkəti yarandığı gündən etibarən müştəri xidmətləri üzrə ölkədə innovativ metodları tətbiq etməyə davam edir. Şirkət hər il bütün diler və mağaza rəhbərlərini bir araya gətirərək, cari ilin nəticələri, abunəçilərə göstərilən xidmətin keyfiyyəti və gələcək perspektivlərin müzakirəsi ilə bağlı görüş təşkil edir. Bu il isə belə bir tədbir Qəbələ şəhərində baş tutub. Tədbirdə bütün Bakı və Region dilerləri və Eksklüziv mağazalarının nümayəndəlikləri iştirak edib. Görüşdə2019-cu ildə xidmət keyfiyyətinin artırılması üçün təklif və tövsiyələr səsləndirilib. Görüş iştirakçıları üçün Türkiyədən dəvət olunan peşəkar satış mütəxəssisi seminar keçib. Qeyd edək ki, Azercell-in diler mağazasında çalışan əməkdaşlaradavamlı olaraq Azercell Akademiyası tərəfindən təlimlər təşkil edilir, eləcə də, xaricdən dəvət olunan peşəkarlar müştəri məmnuniyyəti və satış üzrə xüsusi seminarlar keçirlər.
Nəzərinizə çatdıraq ki, hazırda Azercell abunəçilərini daim yüksək keyfiyyətli xidmətlə təmin etmək üçün Bakıda 138, bölgələrdə 168 diler, ümumilikdə isə 19 Eksklüziv mağazası fəaliyyət göstərir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.