!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azercell gənclərin işlə təmin olunmasına yardımçı olur

!Reklam – Yazi

Gənclərin karyera qurması, işlə təmin olunması istiqamətində ölkəmizdə həyata keçirilən layihələri hər zaman dəstəkləyən Azercell növbəti dəfə “Karyera sərgisi”nə qatılıb.

Azərbaycan Texniki Universitetində təşkil olunan sərgidə Azercell şirkəti fəallığı ilə seçilib.

Yarmarkada iştirak edən şirkət nümayəndələri Azercell-ə işə qəbul olmaq istəyən məzunları və sərgi iştirakçılarını şirkətdə mövcud olan vakansiyalar barədə məlumatlandırıblar. İnsan Qaynaqları şöbəsinin əməkdaşları tələbə və məzunları şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları ilə tanışediblər, onları maraqlandıran sualları cavablandırıblar. Tələbələr mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlər isə öz növbəsində potensial kadrların seçimini aparmaq imkanı qazanıblar.

Qeyd edək ki, “Azercell Telekom” MMC ilə Azərbaycanın müxtəlif ali təhsil ocaqları arasında sıx əməkdaşlıq mövcuddur. Belə ki, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncədə Azərbaycan Texnologiya Universiteti və Lənkəran Dövlət Universiteti ilə əməkdaşlıq memorandumları imzalanıb. Əməkdaşlıq çərçivəsində tələbələrin peşəkar inkişafı, innovasiya və sahibkarlıq sahələrinə cəlb olunmasına, eləcə də universitetlərin elmi-texniki və tədris bazasının inkişaf etdirilməsinə yönəlmiş müxtəlif layihələr həyata keçirilir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan istedadlı gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar.
Təhsilə və gənclərə yardım etmək Azercell şirkətinin fəaliyyətinin prioritet sahəsidir və bu istiqamətdə fəaliyyəti olaraq qalacaq.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

www.yenicag.az

1966
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv