Artıq mobil telefonda kitab oxumaq daha rahat olacaq. Çünki Azercell Telekom öz abunəçilərinə elektron kitabların həm də səsliversiyasınıyükləmək imkanını yaradıb. Yeni “Audio Kitablar”(“Audiobook”) xidməti çərçivəsində geniş oxucu rəğbəti qazanmış kitablar səsli formatda hazırlanıb. Kitablar “Barama Media” mərkəzi tərəfindən Azərbaycan dilində səsləndirilib. İlk olaraq dünya və Azərbaycan klassik ədəbiyyatının tanınmış nümunələriistifadəçilərə təqdim edilib. Növbəti mərhələdə isə müasir ədəbiyyat nümunələrimizin də səsli versiyasının hazırlanması planlaşdırılıb.
26 Noyabr 2018-ci il tarixində “AudioKitablar”layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirə “Bookmate” şirkətinin baş direktoru Andrey Bayev, Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayev, şair və yazar Qismət Rüstəmov kimi tanınmış simalar, qonaqlar və jurnalistlər qatılıb. “Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyev çıxışı zamanı müasir cəmiyyətdə mütaliə mədəniyyətinin təbliğ olunmasının vacibliyindən, bu zəmində “Bookmate” və “Audio Kitablar” xidmətlərinin rolundan danışıb. O, həmçinin qeyd edib ki, müsair dövrün tələblərinə cavab verən, yaradıcılıq və internetin birgə ahəngini özündə birləşdirmiş bu xidmətlər həm məşhur ədəbiyyat nümunələrimizin, həm də müasir yaradıcılığın tanıdılmasında müstəsna rol oynayacaq. Tədbir Pantomim teatrının bədii nömrələri ilə müşayiət olunub.
“Audio Kitablar”xidməti Azercell şirkətinin Bookmate layihəsi çərçivəsində təqdim olunur. Buxidmətin köməyilə mobil cihaz istifadəçiləriasudə vaxtlarında məkandan asılı olmayaraq istənilən yerdəarzuladıqlarıkitabları dinləyə bilərlər. Xidmətin məqsədi gənc nəslə ədəbiyyata marağı aşılamaq, doğma dilimizdə ədəbi kontentin geniş müstəvidə təbliğ olunmasına dəstək olmaqdır.
Qeyd edək ki, “Bookmate” – mobil telefonla yanaşı, istənilən elektron cihaz üzərindən kitabların oxunmasınımümkün edən bir xidmətdir. Tətbiq dünyanın 12 dilində ədəbi, elmi, bədii və digər janrları əhatə edən 850 mindən çox kitabı özündə cəmləyib. Bu populyar beynəlxalq platformaya abunəliyi ölkəmizdə Azercell şirkəti təqdim edir. Bu kitabxana oxucuları, müəllifləri, nəşriyyatları, brendləri və yayım şirkətlərini bir araya gətirir. “Bookmate”-də aktiv oxucular tanış olduqları kitablar barədə rəy yazır, digərlərinə də maraqlı əsər tapmaqda yardımçı olurlar.
Xidmətin ən mühüm üstünlüklərindən biri də kitab oxumaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki yüklənən kitab cihaza yox, abunəçinin şəxsi kitabxanasına əlavə edilir. Ona görə dəkitabları istənilən vaxt, istənilən yerdə və istənilən cihazdan oxumaq mümkündür. Onu da qeyd edək ki, əlavəni yükləyən hər bir yeni abunəçi “Bookmate”-dən 1 həftə ərzində pulsuz istifadə etmək imkanı qazanır. Xidmət haqqında ətraflı məlumatı və qoşulma qaydalarını www.azercell.com/bookmate səhifəsindən əldə etmək mümkündür.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.