“Azercell”in adı fırıldaq xəbərlərində hallanır

269d574b-f945-4213-bdf4-643ca0450084Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1300 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Şirkət dövlət mobil operatorlar ilə bağlı dekabr ayı üzrə məlumatları təqdim edir.

2015-ci ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda mobil operatorlarla əlaqəli 2657 xəbər yerləşdirilib. Bunlardan 90-ı mənfi, 119-u müsbət və 2448-i isə neytral xəbərlərdir. Mənfi xəbərlər operatorlar arasında bu cür bölünüb: 50 xəbər – BakCELL (şikayət var, pulsilmə fırıldağı), 37 xəbər – Nar Mobile (korrupsiya), 3 xəbər – AzerCELL (fırıldaq). Müsbət xəbərlərdə isə BakCELL (70 xəbər – 3 kateqoriya üzrə mükafat alıb) və AzerCELL (49 xəbər – ilin mobil operatoru seçilib) fərqləniblər.

Xəbər sayına görə sıralama:

1. AzerCELL 1340 xəbər
2. BakCELL 1020 xəbər
3. Nar Mobile 291 xəbər
4. NaxTel 6 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 421 xəbər dərc edilib. Bu xəbərlərdən 390-ı neytral, 25-i müsbət, 6-sı isə mənfi xəbərlərdir. Müsbət xəbərlər AzerCELL (13 xəbər – ilin mobil operatoru seçilib) və BakCELL (12 xəbər – 3 kateqoriya üzrə mükafat alıb) mobil operatorlarına məxsusdur. Mənfi xəbərlər arasında lider isə Nar Mobile-dır (4 xəbər – korrupsiya, fırıldaq).

Xəbər sayına görə sıralama:

1. AzerCELL 222 xəbər
2. BakCELL 170 xəbər
3. Nar Mobile 28 xəbər
4. NaxTel 1 xəbər

Dekabr ayında televiziya kanallarında mobil operatorlarla haqqında 12 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1. AzerCELL 8 xəbər
2. BakCELL 3 xəbər
3. Nar Mobile 1 xəbər