15781910_782822931866215_150589985_nYeni ildə Azərbaycan xalqını gözləyən “qara” sürprizlərdən birinin müəllifi Azərcell Telekom MMC ola bilər.

Şirkətin prezidenti Vahid Mürsəliyevin hələ noyabrda verdiyi açıqlamadan aydın olur ki, şirkət mal və avadanlıqları xaricdən alır, dolların məzənnəsinin artması bununla bağlı xərcləri artırdığı üçün “Azərcell” tarifləri bahalaşdıra bilər. Şirkət rəhbəri «Azercell»in bu il tarifləri artırmaq planları ilə bağlı fins.az-ın sualını da cavablandırarkən bildirib ki, şirkət tarifləri artırmamağa çalışacaq. Amma bu baş versə də qiymət artımı ciddi olmayacaq:

«Tarifləri artırmamağa çalışacağıq. Əgər hər hansı bir artım olarsa, çalışacağıq tam əsaslandırılmış, bazara və bizim müştərilərimizin bugünkü durumuna uyğun olsun. Biz müştərilərimizi düşünərək fantastik qiymət artımı planlaşdırmırıq».

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-oktyabr ayları ərzində informasiya və rabitə müəssisələri tərəfindən 1302,9 mln. manatlıq xidmət göstərilib. Xidmətlərdən əldə edilən gəlirin 52,2 faizi və ya 680,5 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

2014-cü ildə Azərbaycanda göstərilən rabitə xidmətlərinin 914.6 milyon manatı və ya 56.5 faizi mobil rabitənin payına düşüb.

2015-ci ildə isə mobil rabitəoperatorlarının toplam gəlirləri 914 milyon manata bərabər olub.

Bu gəlirlərin tərkibində “Azərcell”in payı kifayət qədər yüksəkdir – ən azı 50 faizə yaxın olan bazar payı qədər.

Şirkətin illik hesabatlarından aydın olur ki, «Azercell»in 2014-cü ildə 128,5 milyon, ötən ilsə 254,1 milyon manat təmiz qazancı olub.

2015-ci ildə təkcə valyuta məzənnəsinin dəyişməsi sayəsində qurum 154 milyon 790 min manat irəli düşüb.Hesabat göstərir ki, 2015-ci ildə «Azercell»in əməliyyat gəlirləri 22,4 milyon manat azalsa da, yüksək gəlirlilik qalıb. İlboyu 410,8 milyon manat gəlir götürülüb. Xərclər (250,1 milyon manat) çıxılandan sonra 160,7 milyon manat və ya 2014-cü ildəkindən 2,3 milyon manat çox mənfəət əldə edilib.

Maraqlıdır ki, ölkənin qeyri-neft sektorunda ən iri vergi ödəyicisi olduğunu daim qabardan “Azərcell” hesabatlarında yalnız mənfəət vergisi üzrə ödənişləri əksini tapıb. Ümumiyyətlə, şirkətin onsuz da məhdud informasiyalı hesabatlarında 2013-cü ildən etibarən daha az məlumatlar əksini tapır. Bu, xüsusilə xərclərin strukturu ilə bağlı məlumatlarda özünü daha qabarıq göstərir. Belə ki, 2011-2012-ci il üzrə hesabatlarda şirkətin xərclərinin strukturu maddələr üzrə açıqlanır. “Xərc və məsrəflər” adlı bölmədə Əsas vәsaitlәrin amortizasiyası; Arabağlantı haqları vә xәrclәri; Reklam vә marketinq xәrclәri; Əmәk haqqı vә ödәnişlәr, o cümlədən pensiya xәrclәri; Dilerllәrә ödәnilmiş satış üzrә komissiyalar; Şәbәkә baxım xәrclәri; Roaminq xәrclәri; Əmәliyyat lizinqi üzrә icarә xәrclәri; Qoşulma kartları, danışıq kartları vә internet kartlarınınsatışının maya dәyәri; Qeyri-maddi aktivlәrin amortizasiyası; Transmissiya xәtlәri üzrә xәrclәr; Gәlirin bölüşdürülmәsi haqqında müqavilәlәr üzrә xәrclәr; Debitor borclarının dәyәrsizlәşmәsi; Tezliklәrdәn istifadәyә görә xidmәt haqqı; Texniki vә idarәetmә dәstәyi xәrclәri; Mәzәnnә fәrqi üzrә xalis zәrәr və Sair xәrclәr kimi detallı məlumatlar açıqlanıb.

Lakin 2013-cü ildən şirkət bu bölmə üzrə cəmi məbləği verməklə kifayətlənib. Bu isə “Azərcell”in xərclərinin maddələr üzrə dinamikasını izləməyə, müqayisəli təhlillərin aparılmasına, şirkətin xərcləri ilə bağlı dəqiq təsəvvürlərin formalaşmasına imkan vermir, qapalılığı artırır.

Bu şəraitdə V.Mürsəliyevin “Azərcell”in tarif artımına getmək niyyətini avadanlıq xərclərinin artması ilə əsaslandırmasını başa düşmək olar. Çünki Azərbaycanda son illərdə mobil rabitə şirkətləri üçün dövlət xəttilə təmin olunan xidmətlərin dəyəri nəinki artırılmayıb, əksinə, daha da aşağı salınıb. Məsələn, “Azərcell”in “Tezliklərdən istifadəyə görə xidmət haqqı” maddəsi üzrə xərcləri 2011-ci ildə 2,410 min manat olduğu halda 2012-ci ildə 1,147 min manata düşüb. Buna görə də şirkət prezidenti tarif bahalaşmasına getməklərini əsaslandırmaq üçün avadanlıq xərclərindən başqa bir tutanaq tapa bilmir. Bu halda ortaya daha maraqlı sual çıxır: Avadanlıq xərcləri “Azərcell”in ümumi xərclərində neçə faiz paya sahibdir ki, onun artması traiflərin yüksəlməsini qaçılmaz edir?

Qeyd edək ki, dövlətin yaratdığı əlverişli şəraitdən vəcdə gələn “Azərcell” hətta abunəçilərinin digər mobil operatorlarla arabağlantılarını əngəlləməkdən belə çəkinməyib. Buna görə dəfələrlə məhkəmələrə verilən şirkət yalnız dövlət qurumlarının məsələyə müdaxiləsindən sonra inhisarçılıq fəaliyyətindən əl çəkməyə məcbur oldu. Hazırda arabağlantıları əngəlləməsə də, əksər paketlər üzrə şəbəkəxarici zənglər üçün ən yüksək tariflər(dəqiqəsi 12-14 qəpik) müəyyənləşdirməkdə davam edir.

Davamı var…

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 143
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."