Aktrisa Pərvin Abıyeva aparıcı Azər Zahidlə TikTok-da 300 manat və oyun üstündə dalaşıb.
Yenicag.az xəbər verir ki, Pərvin “TikTok da üçüncü yerə çıxmasına imkan verməyən Azərə qeyri-etik ifadələr deyib.
“300 manatımı ver. 300 manatdan dedin gəl oynayaq, mən də oynadım. İndi uduzmusan, hoqqalar verirsən. Sənə nə deyim? Söz danışıqdan keçər”, – deyə, Pərvin Azərin ünvanına söyləyib.
Azər isə canlı yayım açaraq Pərvinin ünvanına təhqirlər səsləndirib:
“Sən tərbiyəsizsən, sən küçə qadınısan. Bu ifadələrimin arxasında dururam”.
Daha sonra Azər aktrisanın TikTok profilini bağlatdırıb. O, bunu canlı yayımda etiraf edib.