!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərenerji" “Azərişıq”ı təkzib etdi - Bakıda işıqlar niyə söndü? - Açıqlama

!Reklam – Yazi

20 iyul 2018-ci il tarixdə saat 2220-də Bakının Əhmədli qəsəbəsi ərazisində naməlum səbəbdən 1 və 2 saylı 8-ci km və Həzi Aslanov yüksək gərginlikli elektrik verilişi xətlərində eyni zamanda qısaqapanma nəticəsində naqillərin qırılması hadisəsi baş verib.

Bu barədə Azərenerji ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən Yenicag.az-a verilən məlumatda qeyd edilib.
Verilən məlumatda bildirilib:

Naqillərin qırılması nəticəsində, Nizami və Xətai rayonlarının istehlakçılarının az bir hissəsinə ehtiyat qida mənbəyinə keçmək üçün operativ əməliyyat aparmağa sərf olunan vaxt müddətində elektrik enerjisinə məhdudiyyət vermək məcburiyyəti yaranıb. Bu zaman Bakı şəhərinin elektrik enerjisi təminatında güc çatışmazlığı olmayıb.

Eyni zamanda bildiririk ki, Azərişıq ASC-nin mətbuat xidməti tərəfindən Mərdəkan qəsəbəsində yerləşən “Şimal” elektrik stansiyasının dayanması haqqında yayılan informasiyalar həqiqəti əks etdirmir.

Qeyd etmək lazımdır ki, “Şimal” elektrik stansiyasının iş rejimində son günlər heç bir dəyişiklik baş verməyib”.

www.yenicag.az

3022
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv