“Azərenerji” ASC müxtəlif vəzifələr üzrə kadr ehtiyyatının yaradılmasını qarşıya məqsəd qoyaraq gənc və peşəkar kadrların işə qəbulunu elan edir.
ASC-dən Yenicag.az-a verilən məlumata görə, bunun üçün aşağıdakı vəzifələr üzrə kadr axtarılır.
Modul elektrik stansiyalarında daxili yanma mühərriklərinin təmiri üzrə mütəxəssis;
Mühərrik və generator avadanlıqlarına xidmət edən mütəxəssis;
Mühərriklərə texniki xidmət edən mütəxəssis;
Elektrik maşın, aparat və cihazların sazlayıcısı;
Elektrik stansiyalarının ölçü cihazlarına və avtomatikasına xidmət edən mütəxəssis;
Buxar və turbin qurğuları üzrə mühəndis;
Aqreqatların (buxar-generator turbinlərinin) blok idarəetmə sisteminin maşinisti;
Qazan avadanlıqları üzrə mühəndis;
Rele mühafiəsi və avtomatika üzrə mühəndis;
Nəzarət ölçü cihazları və avtomatika üzrə mühəndis;
Elektrik mühəndisi;
İzolyasiya və ifrat gərginlikdən mühafizə üzrə mühəndis;
Quraşdırma və sazlama üzrə usta, çilingər, tornaçı.
Bu işlərə qəbul ediləcək kadrların ali, texniki, orta-ixtisas təhsili və ya peşə ixtisaslı olmaları tələb olunur. Eyni zamanda iddiaçının vəzifəyə görə 5 ildən 10 ilədək iş təcrübəsinin olması və iş prosesini bilməsi də başlıca tələblər sırasındadır. Əmək haqqı vəzifələrə görə 500-800 manat arasında dəyişir.
Müraciət edənlər fotoşəkil, şəxsi vərəqə (CV) forması, şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənədin surətlərini bütün iş günləri “Azərenerji” ASC-nin Səbail rayonu, Əbdulkərim Əlizadə küçəsi, 10 ünvanında yerləşən kadrlar şöbəsinə təqdim etməlidirlər. Yaxud da [email protected] ünvanına şəxsi vərəqə formasını göndərə və (+99412) 598-55-09 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Müraciət edən namizədlərin bilik səviyyəsi “Azərenerji” ASC üzrə yaradılmış Mərkəzi Müsahibə Komissiyasıı tərəfindən yoxlanılacaq.