!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərenerji”də yeni təyinat

!Reklam – Yazi

Azərenerji ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti, eləcə də qurumun dövri nəşrlər şöbəsi ləğv edilərək yerində İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzi yaradılıb.

Yenicag.az xəbər verir ki, mərkəzə rəhbərlik Teymur Abdullayevə həvalə edilib.

İndiyə qədər İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yahya Babanlıya müvafiq iş təklif edilsə də, o öz ərizəsi ilə “Azərenerji”dən ayrılıb.

Qeyd edək ki, T.Abdullayev uzun müddət müxtəlif qəzet və televiziyalarda, o cümlədən Müdafiə Nazirliyinin mətbuat xidmətində işləyib. Yeni vəzifəyə təyin edilməzdən əvvəl isə Azərişıq ASC-nin ASAN Xidmətlə iş şöbəsinin rəis müavini vəzifəsində çalışıb./Report/

www.yenicag.az

3341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv