“Azərenerji”nin idarə rəisinin müavini vəfat etdi

“Azərenerji” ASC-nin Enerji istehsalı idarəsinin rəis müavini Əli Yusifov vəfat edib.

Yenicag.az xəbər verir ki, o, koronavurusdan dünyasını dəyişib.

Ə.Yusifov həm də Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan-İran birgə komissiyasının üzvü olub.

Allah rəhmət eləsin!