Yanvarın 10-da Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ümumi dəyəri 20 milyon ABŞ dolları olan AZ2003019877 İSİN-li istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən Yenicag.az-a verilən məlumata görə, yanvarın 29-da QSC-nin ümumi dəyəri 20 milyon ABŞ dolları olan istiqrazlarının yerləşdirilməsi BFB-da rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. İstiqrazların baza emissiya prospekti və birinci buraxılış üzrə yekun şərtlərini
BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” bölməsindən əldə edə bilərsiniz. İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN | İstiqrazların növü və forması | İstiqrazların sayı | Nominal dəyəri | İllik faiz dərəcəsi | Hərrac tarixi | Tədavül müddəti | Kupon faizlərinin ödəniş müddəti |
AZ2003019877 | Faizli təmin edilməmiş sənədsiz adlı | 200 000
(ədəd) |
100 ABŞ dolları | 6% | 29.01.2024 | 3 il | 90 təqvim günündən bir |
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İŞ” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” bölməsində yerləşdirilib.