Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“AzerGold” QSC sikkə və külçələrin təqdimat mərasimini keçirildi - FOTO

22 fevral tarixində “AzerGold” QSC Heydər Əliyev Mərkəzində Azərbaycan qızılı və gümüşündən istehsal edilən külçə və sikkələrin təqdimat mərasimini keçirib.

Tədbiri giriş sözü ilə açan “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ölkəmizdə müşahidə olunan hərtərəfli inkişafın təməlinin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qoyulduğunu qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli biznesə göstərdiyi dəstək və diqqətin sayəsində müxtəlif seqmentləri əhatə edən keyfiyyətli məhsul və xidmətlərin dünya bazarlarında böyük uğur qazandığını bildirib. Milli qızılımız və gümüşümüzdən sikkə və külçələrin istehsalının “Made in Azerbaijan” brendinin təşviqinə və möhkəmlənməsinə önəmli töhfə verəcəyini deyən sədr, qızıl və gümüş məhsulların vətəndaşlara premium-klass keyfiyyət təqdim edəcəyini vurğulayıb.

Daha sonra külçə və sikkələrin istehsal prosesi haqqında bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov sikkə və külçələr haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, ilkin mərhələdə sikkələr Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü rəsmləri və Qarabağ xalçasının naxışı “Çələbi” olmaqla üç müxtəlif dizaynda istehsal edilib. Növbəti mərhələlərdə üzərində digər tarixi hadisələr, memarlıq və tarixi abidələr, həmçinin milli incəsənət nümunələri həkk olunan sikkələrin istehsalı nəzərdə tutulub.

5, 10 və 20 qram çəkidə istehsal edilən sikkə və külçələrin satışı ölkənin zərgərlik mağazaları vasitəsilə həyata keçiriləcək.

Təqdimat mərasimində yüksək vəzifəli hökumət rəsmləri, incəsənət və mədəniyyət xadimləri, KİV nümayəndələri iştirak ediblər.

www.yenicag.az

6672
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM