Azəri Gənclər Alyansı İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi agentliyinin maliyyə dəstəyi ilə “Erkən nikahlar əleyhinə alyans” adlı layihəni uğurla həyata keçirir.
Layihə çərçivəsində cari ilin iyun ayında Astara, Lənkaran və Lerik rayonlarındakı Gənclər evi və Heydər Əliyev Mərkəzində 11-16 yaş arası 80 nəfər yeniyetmə gənc qızlar üçün 4 günlük maarifləndirici inkluzivtədbirlər keçirib. Statistikaya görə Azərbaycanın erkən nikahlara ən çox məruz qalan cənub bölgəsində həyata keçirilən maarifləndirici tədbirlərdə Azəri Gənclər Alyansı İB-nin sədri Leyla Sadıqova “Erkən nikahlar əleyhinə alyans!” adlı layihəyəbaşladıqlarını bildirərək 80 nəfər yeniyetmə gənc qızlara vəonların valideynlərinə dünyada da geniş yayılan erkən nikahproblemləri barədə ətraflı məlumat verib və bu problemin həlli yolunun məhz yaxşı təhsil almaqla vətənə nümunəvi vətəndaş olmaqdan ibarət olduğunu bildirib.
Tədbirlərdə təlimçi və ekspertlər tərəfindən iştirakçılarla ətraflı müzakirələr aparılıb. Daha sonra isə yeniyetmə gənc qızların valideynləri ilə ayrılıqda ekspert və psixoloqun iştirakı iləictimai dinləmələr həyata keçirilib, tövsiyələr verilib.
Layihənin əsas məqsədi maarifləndirmə yolu ilə daha çox erkən nikahların müşahidə olunduğu Lənkaran, Lerik və Astara rayonlarında 11-16 yaşlı qızları cinayət sayılan erkən nikah qurmaqdan çəkindirmək, ictimai qınaq formalaşdırmaq və nəticədə Azərbaycanda erkən nikah probleminin azalmasınatöhfə verməkdir.
Tədbirin sonunda iştirakçı gənclərə sertifikatlar və təbliğat materialları paylanılıb.
Qeyd edək ki, layihə çərçivəsində, “Erkən nikahlar əleyhinə yox!” adlı maarifləndirici sosial çarx hazırlanıb sosial media vasitəsilə ictimaiyyətə təqdim olunacaqdır.