Həftə ərzində (9-13 dekabr) dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
Yenicag.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 1,94 ABŞ dolları və ya 2,85 % artaraq orta hesabla 69,86 dollara bərabər olub.
Həftə ərzində ən yüksək göstərici – 70,86 dollar təşkil edib, ən minimal göstərici isə 68,75 dollara bərabər olub.