“Azeri Light” ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,44 ABŞ dolları və yaxud 2,38% azalıb.

Yenicag.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 59,18 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.