13 yaşında İbrahim Tatlısəs tərəfindən məşhurlaşdırılan azəri qızı Günel (Günel Zeynalova) yeni klipi üçün kamera qarşısına keçib.
Yenicag.az xəbər verir ki, müğənni həmkarı Yıldız Tilbenin ona hədiyyə etdiyi “Azılı Bela” adlı mahnının klipini Beşiktaşdakı bir studiyada çəkib. Günel çəkiliş zamanı qiymətli daşlarla bəzədilmiş 7 kiloqram ağırlığında paltar geyinib.
Klipin rejissoru həmyerlimiz Zeynal Adıgözəlovdur.
Qeyd edək ki, Günel Zeynalova bir müddət əvvəl də yeni imici ilə gündəmə gəlmişdi.